Baş xəbər, Hüquq
26.09.2018 / 10:00

"Ötən gün borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Ötən gün borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 189