Sosial
26.09.2018 / 09:00

Azərbaycanlı qız Silikon Vadisinə gedir- FOTO

Azərbaycanlı qız Silikon Vadisinə gedir-
"Belə səviyyədə çıxış etmək bizim komanda üçün, bizim üzvlər, bütün cəmiyyət üçün və inanıram ki, ümumiyyətlə Azərbaycan üçün inanılmaz imkan və şərəfdir. Ən yaxşı mütəxəssislərdən yenilikləri öyrənmək, daha da inkişaf etmək üçün əla bir fürsətdir.
Hər zaman olduğu kimi, bütün qazanacağım yeni bilikləri və ilhamı evə gətirmək üçün əlimdən gələni edəcəyəm! "


İnform.az-ın xəbərinə görə, bunu WoWoman-ın 25 yaşlı təsisçisi Zərəngiz Hüseynova deyib.

WoWoman - Azərbaycanda yaradılan qadınlar üçün təhsil platformasıdır, Facebook Cəmiyyətin Liderlik İnkişaf proqramına dünyanın 6000-dən çox müraciətlərin içində ən yaxşı 100 iştirakçılarından biri olaraq seçilib.

Facebook Cəmiyyətin Liderlik İnkişaf Programı 3 əsas elementdən ibarətdir:

1. Liderliyin inkişafı, ictimaiyyətin strateji iştrakı və texniki bacarıqlar üzərində hazırlanmış tədris planı;

2. Maliyyələşdirmə. Hər bir iştirakçıya offline ictimai fəaliyyətin qurulması üçün maliyyə dəstəyi veriləcəkdir;

3. Dəstək şəbəkəsi. İştirakçılar içtimai-quruluşçu mütəxəsdisləri, Facebook rəhbərliyi və digər FCLP iştirakçıları ilə görüşə bilərlər;

Onlar Facebook rəhbərliyi tərəfindən dəstəklənir və yerli mütəxəssislər, təşkilatçılar və düşüncə liderləri ilə əlaqə qurmaq imkanı qazanırlar.

46 ölkə təmsilçisi burda olacaq, WoWoman-nın sözçüsü Zərəngiz isə MDB ölkələrindən seçilmiş yeganə iştirakçıdır.

O, 2 həftə sonra Silikon Vadisinə uçur və biz ona uğurlar arzulayırıq.

WoWoman qadınların ən "mümkünsüz" arzularına nail olmaq üçün bir platform olaraq 2014-ci ildə Azərbaycanda təsis edilib.

25.000-dən çox icma üzvü, 200-dən çox təlim və webinar, sahibkarlıq zehniyyəti, şəbəkə inkişafı, özünü təqdim etmə bacarıqları, ingilis dili kursları və maliyyə kimi digər universal bacarıqlar, eləcə də proqramlaşdırma və dizayn kimi profesional bacarıqlar mövzusunda 40 yaxın müxtəlif proqramları var .

Azərbaycan, Qırğızıstan və Pakistandan olan 7.000 nəfər bu proqramların iştirakçısı olub. WoWoman Harvard Universitetində, Stanford Universitetində, MİT-də, Almaniyada TEDx-də, Estoniyada Latitude59 konfransında və s. təmsil olunub.

Azərbaycanda platformanın əsas tərəfdaşları P&G, Azərtürk Bankı və ABŞ səfirliyidir.

Azərbaycanlı qız Silikon Vadisinə gedir-



İnform.az

Baxış sayı: 223