Maraqlı
25.09.2018 / 13:35

Xərçəng xəstəsi olduğunu dedi... Və dollarlar topladı

Xərçəng xəstəsi olduğunu dedi...
Avstraliyanın Viktoriya ştatının Kerolayn-Sprinqs şəhərinin sakinini yalan danışaraq, ianə topladığına görə cəza gözləyir.

İnform.az axu.az-a istinadən xəbər verir ki, 26 yaşlı qadın pula ehtiyacı olduğu üçün iki ay müddətində yaxınlarına, dostlarına və qohumlarına qaraciyər xərçənginə tutulduğunu deyib.

Çoxları ona kömək etməyə razılıq verib, nağd və ya bank vasitəsilə ona yardımı çatdırıb. Qadın bu yolla 9000 Avstraliya dolları (6500 ABŞ dolları - red.) yığıb.

Yalan üzə çıxdıqda isə məsələyə hüquq-mühafizə orqanları qarışıb. Ona qarşı aldatma yolu ilə mülkiyyətin alınması ittihamı irəli sürülüb. Hazırda polis zərərçəkmiş şəxsləri axtarır.


İnform.az

Baxış sayı: 94