Dünya
25.09.2018 / 12:25

İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb

İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb
İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib.

Bildirilib ki, iki ölkə Araz çayı üzərində SES-in tikintisi məsələsini hələ 2006-cı ildə müzakirə etməyə başlayıb. Bununla bağlı 2011-ci ildə memorandum imzalanıb.

İran neftinə Avropa İttifaqı sanksiya tətbiq etdikdən sonra bu layihənin reallaşması dayanmışdı.


İnform.az

Baxış sayı: 41