Elm-təhsil
25.09.2018 / 11:00

“Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” çap olunub

“Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” çap olunub
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən“Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb.

Nəşrin tərtibçisi bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazovdur.

Kataloqda əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər yazıldığı və ya çap olunduğu tarixlər üzrə xronoloji ardıcıllıqla verilib.

Əlyazmalar Fondunda mühafizə edilən 48 əlyazma və 134 əksi çap kitabının qısa təsviriniəks etdirən kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.

İnform.az

Baxış sayı: 46