Sosial
25.09.2018 / 09:35

8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır- Qəbələdə(Video-Foto)

8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır-
Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, yolun yenidən qurulması ilə respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.

Bununla da yol boyu yaşayan 10 min nəfərdən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.



8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır-


8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır-


8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır-


8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır-



İnform.az

Baxış sayı: 34