Dünya
25.09.2018 / 09:55

Müxalifət lideri yenidən həbs olundu

Rusiyada “Korrupsiya ilə mübarizə fondu”nun rəhbəri, müxalifət lideri Aleksey Navalnıy yenidən həbs olunub.

İnform.az
metbuat.az-a istinadən bildirir ki, o 30 gün müddətinə saxlanıldığı müvəqqəti təcridxanadan azad ediləndən dərhal sonra saxlanılıb.

Bu barədə Navalnının silahdaşı Leonid Volkov məlumat verib.

Onun sözlərinə görə, müxalifət lideri mitinqlərin keçirilməsi zamanı, insan sağlamlığına zərər vuran davranışına görə saxlanılıb.

Onu 20 gün müddətinə inzibati həbs cəzası gözləyir. Qeyd edək ki, Aleksey Navalnıy əvvəllər də qanunsuz mitinqlər təşkil etdityinə görə bir neçə dəfə saxlanılıb.


İnform.az

Baxış sayı: 37