Dünya
24.09.2018 / 18:00

Ermənistan baş naziri ikili oyun oynayır

Ermənistan baş naziri ikili oyun oynayır
BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak üçün ABŞ-a gedən Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Amerikadakı erməni lobbisinin nümayəndələri ilə görüşüb.

Görüş zamanı lobbi nümayəndələri N.Paşinyandan Ermənistanın xarici siyasətilə bağlı hansı fikirdə olduğunu öyrənməyə çalışıblar.

Onların dəstəyini itirmək istəməyən baş nazir N.Paşinyan hələ də qərbpərəst olduğunu sübut etmək üçün Rusiyanın əleyhinə növbəti bəyanat səsləndirib. Hətta fürsətdən istifadə edərək, Ermənistanın əvvəlki rəhbərlərinin hakimiyyətdə qalmaq naminə Rusiyanın boyunduruğu altına girmələrinədə toxunub və bunu təkrarlamayacağına eyham vurub.

Ermənistan baş naziri qərbpərəst və Rusiyaya qarşı sərt fikirlər səsləndirməklə ABŞ-ın "kölnünü" almağa çalışır. Belə ki, N.Paşinyanın tez-tez Rusiya səfər etməsi və Ermənistandakı ABŞ labarotoriyasına rus mütəxəssislərinin buraxılmasına icazə verməsi bir mənalı olaraq ABŞ-ın narahatlığına səbəb olmuşdur.

N.Paşinyanın Rusiyaya qarşı sərt fikirlər səsləndirməsinin arxasında duran əsas məqamlardan biri də məhz ABŞ-ın narahatlığının aradan qaldırılması idi. Həmçinin o, ölkəni iqtisadi böhrandan xilas etmək üçün bu cür fikirlər səsləndirməklə Amerikadakı erməni lobbisinin nümayəndələrinin maliyyə dəstəyini almaq niyyətindədir. Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 25-də Bakıya səfər etməsi görünür N.Paşinyanda narahatlıqlar yaradıb ki, Kremlə qarşı sərt bəyanatlarla çıxış edib.

Ermənistan baş naziri hələ ki, ikili oyun oynamaqla həm Rusiyanın həm də Qərbin maraqlarına cavab verməyə çalışır. Belə ki, Rusiya səfərləri çərçəvəsində N.Paşinyan yazıq sifəti alaraq və boynunu bükük şəkildə Vladimir Putinin qarşısına çıxıraraq hər zaman Rusiya ilə olan dostluq münasibətlərindən danışır.

Lakin ölkəsinə qayıdan kimi sözün əsl mənasında "şirə" dönür və Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edir. Bu cür gedişatın çox belə davam etməyəcəyini və Rusiya tərəfindən Ermənistana qarşı sərt tədbirlər addımının atılması ehtimalının olduqca yüksəkdir.

Xüsusilə, yaxın zamanlarda N.Paşinyanı nüfuzdan salmaq və mövqeyini zəiflətmək üçün onun əleyhinə təbliğatların başlayacağını görə bilərik. Ələlxüsus da Kreml N.Paşinyanı daxildən, öz komandasının əliylə zəiflətməyə çalışacaq.

Ehtiram Aşırlı/analitik

Baxış sayı: 52