Baş xəbər, Hərbi
24.09.2018 / 17:10

Bu qələbə Nikol Paşinyanın mövqeyini gücləndirəcəkmi?

Bu qələbə Nikol Paşinyanın mövqeyini gücləndirəcəkmi?
23 sentyabr tarixində İrəvanda keçirilən İrəvan Ağsaqqallar Şurası seçkilərində Ermənistan baş naziri Nikol Paşinyanın dəstəklədiyi və "Mənim adımım" blokunun namizədi Hayk Marutyan 81,06% səslə rəqiblərini üstələyərək qələbə qazandı.

İnform.az
bu hadisəyə bağlı analitik Ehtiram Aşırlının münasibətini öyrənib.

""Mənim addımım" blokunun böyük bir fərqlə rəqiblərini üstələyərək qalib gəlməsini bir neçə aspektdən izah edə bilərik.

Birincisi, erməni xalqında "məxməri inqilabı"nın abı-havası hələ də davam edir. Bunu görən N.Paşinyan bu seçkilərdə inqılabı qələbə ilə başa vurma üstünlüyündən istifadə edərək xalqın dəstəyini aldı.
Erməni xalqı N.Paşinyanın aldığı bəzi yalnış qərarlara baxmayaraq xalq onun arxasında olduğunu göstərdi."-deyə fikrini E,Aşırlı belə davam etdirib:

"Beləliklə, erməni xalqı Serj Sarkisyanın diktatura rejiminin və ya köhnə hakimiyyət nümayəndələrinə yaxın olan partiyaların öz güclərini bərpa etməsi planlarını alt-üst etdi. Xüsusilə də N.Paşinyanın korrupsiya ilə bağlı könhə hökumət nümayəndələrinə qarşı başlatdığı cinayət işi xalq tərəfindən böyük dəstək görməsi, bu seçkilərə də öz tərsirini göstərdi. bu seçkiləri H.Marutyanın deyil, N.Paşinyanın qələbə qazandığını ifadə edə bilərik.

Qələbə Paşinyan üçün növbəti hədəflərini reallaşdırmaq baxımıdan əlverişli şərait yaradır. Xalq ona dəstək verməklə bir növ istədiyini edə bilərsən fikrini söyləmiş oldu. Bundan sonra N.Paşinyanın əsas hədəfi mümkün qədər tez erkən parlament seçkilərinin keçirilməsi olacaq.

Xalqın etimadına arxalanaraq daha qəti addımlar atmağa başlayacaq. Biz bunu daha çox köhnə hakimiyyət nümayəndələrinə qarşı atılan addımlarda görəcəyik. N.Paşinyan Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmağa, ümumən Ermənistan siyasətini yenidən formalaşdırmağa çalışacaq. Bir sözlə, Ermənistan baş nazirinin dəstəklədiyi namizədin qalib gəlməsi, hökumətdə siyasi baxımdan əlini daha da gücləndirəcək. "

İnform.az

Baxış sayı: 49