Dünya
24.09.2018 / 15:39

"Terrorçuları İran tərəfindən amansız intiqam gözləyir..."- Əmir Hatəmi

"Terrorçuları İran tərəfindən amansız intiqam gözləyir..."-
"Əhvazda baş vermiş terror aktı İranıın siyasi kursunu dəyişdirə bilməz..."

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bu fikiri İranın müdafiə naziri Əmir Hatəmi səsləndirib.

Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".

Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb.


İnform.az

Baxış sayı: 95