Elm-təhsil
24.09.2018 / 14:10

Mərkəzi Elmi Kitabxanada iki kitabın müzakirəsi keçirilib

Mərkəzi Elmi Kitabxanada iki kitabın müzakirəsi keçirilib
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Ernest Heminqueyin “Qoca və dəniz” və Cek Londonun “Həyat eşqi” kitablarının müzakirəsi keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən mılumata görə,Tədbiri Kitabxananın direktoruSahab Əliyeva açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladıb. O, kitabların və mütaliənin insan həyatındakı rolundan bəhs edərək sözügedən sərəncamdatövsiyə olunan nəşrlər sırasındadünya ədəbiyyatının iki görkəmli yazıçısının,-Ernest Heminqueyin“Qoca və dəniz” və Cek Londonun “Həyat eşqi” əsərlərinin də yer aldığını bildirib.

Daha sonra Kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərlinin “Ernest Heminquey və Cek London yaradıcılığına qısa bir baxış” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi hər iki yazıçının yaradıcılığına nəzər yetirib.

Onların bir çox oxşar məqamlarını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki yazıçı üçün insan və onun həyat, yaşam uğrunda mübarizəsi ön plandadır. Bildirilib ki, həyatının bir hissəsini Amerikadan kənarda-Fransada, İtaliyada, İspaniyada, Afrikada, Kubada keçirən və bu ölkələrdə yaşaması, həmçinin gənclik dövründə Birinci Dünya müharibəsində iştirak etməsi, daha sonralar İkinci Dünya müharibəsinin şahidi olması dahi yazıçı Ernest Heminquey yaradıcılığına böyük təsir göstərib.

Yazıçının ilk baxışdan sadə görünən, lakin dərin məna kəsb edən əsərləri oxucudan daha dərindən düşünməyi və bu əsərlərə xüsusi yanaşmağı tələb edir.Vurğulanıb ki, E.Heminqueyin 1954-cü ildə Nobel mükafatına layiq görülməsində “Qoca və dəniz” povestinin də həlledici rolu olub.

Həmçinin XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun “Həyat eşqi” əsərindən də bəhs olunaraq bildirilib ki, əsərdəinsanla təbiət arasında baş verən qarşıdurmadan və sonda insanın böyük iradə hesabına qalib gəlməsindən bəhs edilir.Bildirilib ki, hər iki əsər böyük təəssürat yaratmaqla yanaşıoxucunu düşündürür .

Daha sonra KitabxananınKitabişləmə-kataloqlaşdırma və annotasiya şöbəsinin kitabxanaçısıKönül Cabbarova və Komplektləşdirmə və Biblioqrafiya şöbəsinin kitabxanaçısıGünel Əsgərova mövzu ətraflında çıxış ediblər.

İnform.az

Baxış sayı: 240