Maraqlı
24.09.2018 / 12:14

"Əkizlər adası" tapılıb- Filippində

"Əkizlər adası" tapılıb-
Filippinin Alabat adasında çoxlu əkiz aşkar edilib.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, adada 100 cüt əkiz yaşayır.

Onlardan ən gənci 4 aylıq, ən yaşlısı 80 yaşındadır. Təkcə 2015-ci ildə adada 12 cüt əkiz doğulub.

Alimlər bu hadisənin genetik amillə yox, ətraf mühitlə əlaqələndirirlər. Qeyd olunur ki, hazırda mütəxəssislər bölgədə içməli suyun tərkibini tədqiq edir.

Dünyada Alabat adasından daha çox əkizin yaşadığı bölgə Hindistanın cənub-qərbindəki Kodinhi kəndidir. Bu kənddə 350 cüt əkiz yaşayır. Mütəxəssislər bu anomaliyanı da izah edə bilmirlər.


İnform.az

Baxış sayı: 377