Hüquq
24.09.2018 / 10:00

Daha bir brakonyer yaxalanıb- Ağcabədidə

 Daha bir brakonyer yaxalanıb-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöl dovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1.508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.


İnform.az

Baxış sayı: 26