İdman
22.09.2018 / 09:55

Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu başlayacaq- Bakıda

Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu başlayacaq-
24 Sentyabr tarixindən etibarən paytaxt Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu öz işinə başlayacaq.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 120-si əqli və fiziki imkanları məhdud, 100-ü isə gənc lider olmaqla keçiriləcək forum 27 sentyabr tarixinədək davam edəcək.

Forum, Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçirilir.

Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi və digər məşhur idmançılar tədbirə qatılacaqlar.

Futbolçu Kafu, eyni zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.

Bir neçə gün davam edəcək iclasın proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü- inklyuziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.


Tədbirin proqramı:


24 Sentyabr


0.00- Bakı İdman Sarayı

Olimpiya çempionu Vladimir Qribiç -Voleybol üzrə master klass


15.00- Boulevard hotel

Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumunun rəsmi açılış mərasimi


25 Sentyabr

14.30- Milli Gimnastika Arenası

Azərbaycan Milli Gimnastika federasiyası və idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçinin birgə dərsləri


26 Sentyabr

14.00- Bouelevard hotel

FİFA Dünya Kubokunun ikiqat sahibi Kafunun Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanma mərasimi


27 Sentyabr

10.00- Boulevar hotel

Gənclər və idman naziri Azad Rəhimov və Xüsusi Olipmiya Hərəkatının rəhbəri Devid Evangelista . Deklarasiyanın imzalanma mərasimi və yekun mətbuat konfransı.

İnform.az


Baxış sayı: 182