Dünya
22.09.2018 / 12:41

“Ermənistanda gizli danışıqları dinləyən komplekslər fəaliyyət göstərir”- Safaryan

“Ermənistanda gizli danışıqları dinləyən komplekslər fəaliyyət göstərir”-
“Ermənistanda rus ordusunun gizli danışıqları dinləyən kompleksləri fəaliyyət göstərir. Bu gün deyirlər ki, əgər MTX rəisini dinləyirlərsə deməli müdafiə nazirinin və ya baş nazirin telefon danışıqlarını da dinləyə bilərlər. Dinləyə bilərlər yox, əlbəttə ki, dinləyirlər”.

İnform.az
ordu.az-a istinadən xəbər verir ki, bu fikirləri “Sasna Tsrer” partiyasının təşəbbüs qrupunun üzvü Qevork Safaryan səsləndirib.

Qevork Safaryan Ermənistanın milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyan və xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçatryanın telefon danışıqlarının dinlənilməsi hadisəsinə münasibət bildirib.

“Bu ilk növbədə qoy bizim bütün dövlət xadimlərinə dərs olsun. Hamı dərk etməlidir ki, həmin açıq rabitənin hər hansı mühafizə vasitələri olsa belə, açıq rabitə vasitəsilə gizli məlumat ötürmək olmaz. Gizli danışıqların dinlənilməsinə gəldikdə isə, bu gün demək olar ki, bütün rəsmi şəxslər dərk etməlidir ki, bu telefonlarla məxfi danışıqlar aparmaq olmaz. İndi mən sizə gülməli bir şey deyim, ruslar Ermənistan ərazisində erməni rəhbərlərin və xarici məmurların danışıqlarını gizli yox, rəsmi olaraq dinləyirlər. Ermənistan buna icazə verib, bunu gizli həyata keçirmirlər. Belə bir vəziyyətdə suverenlik haqqında danışmaq artıqdır.

Xarici ölkənin xüsusi xidmət orqanı gəlib oturub, məsələn Ermənistan baş nazirinin Almaniya kansleri ilə danışdığını dinləyir. Gülməli olan odur ki, biz buna icazə veririk. İranla Ermənistan arasında sərhədlə bağlı danışıqlarda daim rus nümayəndəsi var, sual yaranır bizim MTX tərkibində sərhəd qoşunlarımız olduğu halda İranla sərhəddi niyə ruslar qoruyur. Biz icazə vermişik ki, ruslar gəlib bizim ölkədə məxfi dinləmə komplekslərini quraşdırsınlar. Sonra da düşünürük ki, bizi necə dinləyiblər?... Təkrar deyirəm ruslar bizi gizli dinləmir, biz rəsmi olaraq icazə vermişik”, - deyə o qeyd edib.


İnform.az

Baxış sayı: 104