Hüquq
22.09.2018 / 11:35

Soyğunçular yaxalandılar

Soyğunçular yaxalandılar
Sentyabrın 19-da DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

Məlumatla əlaqədar Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırmalarla onların əvvəllər məhkum olunan - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib.

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

İnform.az

Baxış sayı: 40