Diaspora Akademiyası, Baş xəbər
22.09.2018 / 11:00

Azərbaycan "Asiya günü" festivalında- Bişkek(Foto)

Azərbaycan "Asiya günü" festivalında-
Bu gün Bişkekdə "Bishkek İnternational School"-da (Bişkek beynəlxalq məktəbi) "Asiya günü" adlı festival keçirilir.

Festivalda Türkiyə, Pakistan, Türkmənistan, Qırğızstan, Çin, Yaponiya, Koreya, İndonesiya, Filipin və digər ölkələrə aid sərgi pavilyonları yaradılıb.

Bu festivalda Azərbaycan diasporasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən pavilyon yaradılıb.

"Azəri" İctimai Birliyindən İnform.az-a verilən məlumata görə, milli geyimlər, müxtəlif eksponat və suvenirlər nümayiş etdirilən, habelə qədim tarixi abidələri, müasir infrastrukturu və turizm potensialını özündə əks etdirən jurnallardan istifadə olunub.

Həmçinin, ziyarətçilərə Azərbaycanın zəngin mətbəxindən müxtəlif yeməklər, şirniyyatlar və içkilər təqdim olunub.

Olkəmiz, onun iqtisadi, mədəni, turizm sahələri barədə ziyarətçilərə geniş məlumat verilib və Azərbaycan haqqında müxtəlif kitab və bukletlər paylanılıb.

Azərbaycan milli mədəniyyət nümunələri ilə zəngin olan pavilyon iştirakçılarda böyük maraq doğurub.

Qeyd edək ki, "Azəri" İctimai Birliyi Qırğızıstan Xalq Assembleyasına daxil olan yeganə azərbaycanlı legitim təşkilatdır.

Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-


Azərbaycan "Asiya günü" festivalında-



İnform.az

Baxış sayı: 127