Dünya
22.09.2018 / 10:45

Jurnalist evinin önündə güllələndi

Jurnalist  evinin önündə güllələndi
Meksikada jurnalist qətlə yetirilib.

İnform.az publika.az-a istinadən xəbər verir ki, hadisə Çayaps ştatında baş verib. Motosikletlə "Heraldo de Chiapas" nəşrinin əməkdaşı Mario Qomesin evinin yaxınlığına gələn iki naməlum şəxs küçəyə çıxan jurnalisti güllələyiblər.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb. Mario Qomes daha əvvəl prokurorluğa həyatı üçün təhlükənin olmasından şikayət edib.

Hadisə ilə bağlı prokurorluqda təhqiqat başlayıb.


İnform.az

Baxış sayı: 171