Baş xəbər, Hüquq
22.09.2018 / 09:50

"Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər nəfər saxlanılıb"- DİN-in məlumatı

"Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

İnform.az


Baxış sayı: 56