Dünya
22.09.2018 / 09:44

Husilər koalisiya qüvvələrinin 2 hərbi vasitəsini sıradan çıxarıblar

Husilər koalisiya qüvvələrinin 2 hərbi vasitəsini sıradan çıxarıblar
Husi qiyamçıları Yəmənin Cəuf vilayətində Səudiyyə Ərəbistanı rəhbərliyindəki Ərəb Koalisiyasının hərbçilərinə hücum edib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildiriblər.

Məlumata görə, hücum nəticəsində qiyamçılar koalisiya qüvvələrinə məxsus iki ədəd hərbi vasitəni sıradan çıxarıblar.

Bu hücumla eyni zamanda Yəmənin Həzm vilayəti yaxınlığında tərəflər arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində 10-dan çox qiyamçının məhv edildiyi və ya yaralandığı bildirilir.


İnform.az

Baxış sayı: 31