Elm-təhsil
21.09.2018 / 19:00

Akademik Həsən Abdullayevin100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib- Naxçıvanda(Foto)

Akademik Həsən Abdullayevin100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib-
AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademikHəsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbir Naxçıvan Dövlət Universiteti,“Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyevçıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyev “Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında”14 iyul 2017-ci ildə Sərəncam imzalayıb. Buna uyğun olaraq,Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbovun 2017-ci il 27 iyul tarixli Sərəncam ilə “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”təsdiq olunub.Alim elmi konfransınhəmin Sərəncama əsasən təşkil edildiyini bildirib.

“Görkəmli alim və elm təşkilatçısı” mövzusunda məruzə edən bölmə sədri Həsən Abdullayevinzəngin elmi fəaliyyətinə qısa nəzər salıb.Bildirilib ki, görkəmli alim Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. O, yüksək ixtisaslı elmi kadrlarınhazırlanmasında böyük xidmətlər göstərib, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaradıb. Akademik İsmayıl Hacıyev alimin uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna rəhbərlik etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki,ömrünün çoxunu yarımkeçiricilər fizikasına həsr edən Həsən Abdullayev15 monoqrafiyanın, 250-dən artıq ixtira, o cümlədən 500-dən çox elmi məqalənin müəllifi olub.O,ABŞ-da, Yaponiyada, Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalqkonfranslarda ölkəmizi təmsil edib, dünya miqyasında fizikanın aktual problemlərinə həsr olunanməruzələrlə çıxış edib. Diqqətə çatdırılıb ki, Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkilinə mühüm töhfələr verib.

Onun rəhbərliyi və bilavasitə iştirakı ilə selen, tellur kristalları, onların mürəkkəb birləşmələri, həmçinin dünyada ilk dəfə böyük ölçülü selen monokristalı alınıb, selen əsasında bir sıra yeni yarımkeçirici cihazlar yaradılıb.

Vurğulanıb ki, görkəmli alimin elmi nailiyyətlərinə və böyük elmi-təşkilatçılıq fəaliyyətinə görə SSRİ-nin ən yüksək ordenlərinə, Azərbaycan Dövlət mükafatına,“Əməkdar elm xadimi” fəxri adına, SSRİ EA-nın S.İ.Vavilov adına medalına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanlarına və digər mükafatlara layiq görülüb.

Daha sonra Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüƏliəddin Abbasovun “Akademik Həsən Abdullayev Azərbaycan elminin intibahı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Azərbaycanda astronomiya elminin və seysmologiya mərkəzlərinin inkişafında akademik Həsən Abdullayevin rolu” və Naxçıvan Dövlət Universitetinin “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, dosent Fərman Qocayevin “Akademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə çıxış edənlər Həsən Abdullayevin zəngin elmi fəaliyyətindən söz açıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Akademik Həsən Abdullayevin100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib-


İnform.az


Baxış sayı: 274