Baş xəbər, Din
21.09.2018 / 15:35

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək- Mingəçevirdə

Mübariz Qurbanlı  vətəndaşları qəbul edəcək-
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 25-də Mingəçevir şəhərində Ağdaş, Bərdə rayonlarının, eləcə də Yevlax və Mingəçevir şəhərlərinin sakinlərini qəbul edəcək.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, qəbul Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 172) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev

Əlaqə vasitələri:

Mob: (050) 211-68-89

Telefon: (022) 33-6-55-95

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az
info@scwra.gov.az

İnform.az

dk-yevlax@scwra.gov.az

Baxış sayı: 37