Sosial
21.09.2018 / 16:20

ETSN növbəti reyd keçirdi- Xaçmazda(Foto)

ETSN növbəti reyd keçirdi-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib.

ETSN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, reyd zamaı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 m3 həcmində palıd, ağcaqayın, qovaq cinsli girdə işlik və çəkilmiş taxta materialı aşkar olunub.

Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və 1946,58 manat məbləğində ziyan tətbiq edilib.

ETSN növbəti reyd keçirdi-


ETSN növbəti reyd keçirdi-



İnform.az



Baxış sayı: 30