Elm-təhsil
21.09.2018 / 14:43

AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib- FOTO

AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib-
Sentyabrın21-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin iclası keçirilib.

AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri vəəməkdaşları iştirak ediblər. Akademik Nərgiz Axundovaiclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlərbarədə məlumat verib.

Tədbirdə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru,tarix üzrə elmlər doktoruMaisə Rəhimova “Azərbaycan müstəqillik illərində arxeologiya elminin inkişafı” mövzusunda elmi məruzə ilə çıxış edib.Bildirib ki, Azərbaycanın qədim tarixi abidələrinin tədqiqinin yüz ildən artıq yaşı olmasına baxmayaraq, arxeologiya elminin əsaslı inkişafı ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən əsrin70-80-ci illərindən başlayıb.

Alim hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də arxeoloji abidələrin, maddi-mədəni irsin öyrənilməsinə böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd edib ki, ölkə başçısının bu istiqamətdə fəaliyyətə dair imzalanmış sərəncamları xalqımızın qədim dövr tarixinin arxeoloji qazıntılar vasitəsilə araşdırılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında mühüm vəzifələr qoyub.

Azərbaycan regionlarında 40-a yaxın arxeoloji və etnoqrafik ekspedisiya işinin aparıldığını deyən məruzəçi buaraşdırmaların AMEA rəhbərliyinin daim diqqət mərkəzində olduğunu bildirib. Ekspedisiyaların səmərəli həyata keçirilməsi üçün lazımi şəraitin yaradıldığını söyləyib.

Sonra alim arxeologiya sahəsində son tədqiqatları xronoloji olaraq sadalayıb.Qədim daş, Neolit, Eneolit, Tunc-ilk dəmir, Antik vəOrta əsrlər dövrü haqqında ətraflı məlumat verib. Məruzəçi vurğulayıb ki, əldə edilmiş elmi nəticələr Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıqlandırmaq vəvətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarmaqbaxımından əhəmiyyətlidir.

Məruzə dinlənildikdən sonramüzakirə aparılıb, müvafiq qərar qəbul olunub.

Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya mərkəzinin yaradılması məsələsi müzakirə olunub.Bundan başqa,AMEA-nın İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması ilə bağlı ke¬çiri¬lmiş müsabiqənin nəticələri elan edilib.

İclasda bölmənin bir neçə elmi müəssisəsininkadr məsələləri də müzakirə olunub müvafiq qərarlar qəbul edilib.TədbirdəAMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə bağlıbu elmi müəssisənin bir qrup əməkdaşının mükafatlandırılması qərara alınıb.

AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib-


AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib-


AMEA İctimai Elmlər Bölməsinin iclası keçirilib-


İnform.az

Baxış sayı: 32