Şərhlər
20.09.2018 / 14:20

Etimad biznes üçün doğulmamışdı...- FOTO

Etimad biznes üçün doğulmamışdı...-
Bəybala Mirzəyevin facebook səhifəsindən:


GÜNÜN SUALI:


İnsan insanı necə öldürə bilir? Azərbaycanlı azərbaycanlını axı necə qətlə yetirə bilir?

Bu gün sözün əsl mənasında qətl günü oldu. Bu hüznlü Aşura günündə sübh namazından sonra saytlar və sosial şəbəkələrdə acı bir xəbər diqqətimi çəkdi. Belə ki, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda öz ofisində qətlə yetirilib.

Dərdə bax ki, onu qətlə yetirən şəxs də azərbaycanlıdır - Gözəl Dəmirov adlı keçmiş polis rəisi, hazırda iş adamı...

Qətlin motivi: Pul, pul... və yenə də pul...

Etimadın atası, keçmiş Baş prokuror İlyas İsmayılovun açıqlamasına görə, G.Dəmirovun onun oğluna pul borcu varmış. Mübahisə də elə həmin borcun üstündə yaranıb və sonda da qətllə nəticələnib.

Dəhşət!

P.S.
Mən həmin borcun məbləğinin nə qədər olduğunu bilmirəm. Tutaq ki, 10 min manat, 100 min manat, lap elə 5-10 milyon manat olsun. Etimad hər hansı bir məbləğdə pula görə öldürüləsi oğul deyildi.

Əslində Etimad biznes üçün doğulmamışdı. Onun çox maraqlı fəlsəfi, politoloji fikirləri vardı. Azərbaycanın və Türk Dünyasının gələcəyi ilə bağlı işıqlı düşüncələrə sahib idi. Lakin...

... Lakin Gözəl Dəmirov kimi adı gözəl, xisləti isə gözəl olmayan, şeytan və yezid tipli bir "insan"ın atdığı 3 güllə bir düşünən BAŞ`ımızı həmişəlik susdurdu. Heyf ((

Etimad biznes üçün doğulmamışdı...-


Baxış sayı: 2047