Hüquq
20.09.2018 / 12:54

Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Nərimanov saxlanılıb.

Daxil olmuş müraciət əsasında Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarının “isti izlər”lə keçidrikləri tədbirlər nəticəsində sentyabrın 19-da Maştağa qəsəbəsindəki evlərin birindən 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Seymur Musayev saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 5 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Anar Cəfərli və qohumu Eşqin Hüseynov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

İnform.az

Baxış sayı: 170