Dünya
29.07.2015 / 06:56

Ərdoğanın Çin səfəri

Ərdoğanın Çin səfəri

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Çinə rəsmi səfəri başlayıb.

İnform.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əsas danışıqlar Türkiyənin Çindən raket əleyhinə müdafiə sistemi üçün lazım olan vasitələrin alması istiqamətində aparılacaq.
Bu barədə, Ərdoğan çinə getməzdən əvvəl keçirdiyi mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, yalnız və yalnız Çin hökuməti bizə raket əleyhinə müdafiə sisteminin tərkib hissəsi olan ballistik raketlər üçün sərfəli qiymətlər təklif edib. Ərdoğan həmçinin bu müqavilənin, hər iki ölkənin maraqlarına cavab verdiyini söyləyib.

İnform.az

Baxış sayı: 344