Hərbi
19.09.2018 / 09:40

Rusiya Qırğızıstanda “İsgəndər-M” raket sistemləri yerləşdirib

Rusiya Qırğızıstanda “İsgəndər-M” raket sistemləri yerləşdirib
Rusiya ilk dəfə olaraq Uraldakı “İsgəndər-M” mobil qısa mənzilli ballistik raket sistemlərini Qırğızıstanda yerləşdirib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya ordusunun Mərkəzi Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sözügedən raket sistemləri Qırğızıstanda baş tutacaq “İssık-Kul Anti-terror 2018” hərbi təlimlərində istifadə məqsədilə buraya gətirilib.

“İsgəndər-M mobil qısa mənzilli ballistik raket sistemləri ilk dəfə olaraq Qırğızıstanda yerləşdirilib. Təlimlər zamanı Ural raket heyəti Edelveys dağ təlim poliqonunda şərti terrorçuların bazasına zərbələr endirəcək”, - deyə məlumatda qeyd olunub.


İnform.az

Baxış sayı: 186