Din
18.09.2018 / 19:00

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib- Lənkəranda(Foto)

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib-
Dünən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rayonun Cil kənd tam orta məktəbində “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Cil kənd tam orta məktəbinin direktoru Ağamoğlan Həbibov, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağamoğlan Həbibov çıxışında 28 may1918-ci ilin Azərbaycan tarixinin dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı məruzəsində türk-islam dünyasında ilk demokratik və dünyəvi dövlət nümunəsi olan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrü haqqında məlumat verib. Natiq, Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərdən danışıb.O, Ümummilli Lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığını və bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda çıxışında Xalq Cümhuriyyəti dövründə mövcud olan dövlət-din münasibətləri haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məktəbin müəllimləri Səbirə Xurşudova və Familə Həbibova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı məktəbdə keçirilən maarifləndirmə tədbirinə görə Bilik Fonduna və Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib-


“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib-


“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib-


“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir”adlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 118