Dünya
29.07.2015 / 04:38

Pakistanda növbəti fəlakət

Pakistanda növbəti fəlakət


Pakistanda bir neçə gündür ki davam edən aramsız yağışlar ciddi fəsadlarla yadda qalıb. Belə ki, leysan yağışları ölkənin şimal-qərbində sel və daşqınlara səbəb olub.

Inform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət artıq 100-ə yaxın insanın həyatına son qoyub.

Ən acınacaqlı vəziyyət isə Hayber-Paxtunxva vilayətində olub. Burada ölənlərin sayı 40 yaxındır.

Qeyde edək ki, təbii fəlakət keçən il bu ölkədə 440 nəfərin həyatına son qoymuşdur.

Təbriz İslam / İnform.az

Baxış sayı: 387