Mədəniyyət
18.09.2018 / 09:00

Salvator Mundi - Dünyanın xilaskarı (Leonardo da Vinçi)

Salvator Mundi - Dünyanın xilaskarı
Salvator Mundi, Hz. İsanı Salvator Mundi (Dünyanın Xilaskarı) olaraq təsvir edildiyi bir tablodur.

2005-ci ildə yenidən kəşf edilməsindən bu yana, aparıcı alimlər tərəfindən Leonardo da Vincinin bir əsəri olaraq qəbul edilib.

Bu istinad, digər mütəxəssislər tərəfindən müzakirə olunmaqdadır. Uzun müddətdir yox olduğu düşünülən əsər, bərpa edildikdən sonra 2011'də nümayiş etdirildi.

Tabloda intibah dövrünə aid paltarlar geyinən Hz. İsa, sağ əlini qaldırmış bir şəkildə xeyir-dua verərkən, sol əliylə kristal bir kürə tutduğu görünür.

Əsər, 15 Noyabr 2017-ci dildə Nyu-York hərrac şirkəti Christie's Hərrac Evi tərəfindən hərracda 450.3 milyon dollara satılıb və bu satışla, bugünə qədər satılan ən bahalı əsər hesab edilir.

Tablonun Səudiyyə Ərəbistanı Vəliəht Şəhzadəsi Məhəmməd ibn Salman tərəfindən, qohumu Bader ibn Abdullahın vasitəçiliyi ilə aldığı iddia edildi. Əsər nümayiş etdirilmək üçün 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərində açılan Luvr Əbu-Dabi Muzeyinə göndərildi.

Leonardo da Vinçi'nin Salvator Mundi əsəri böyük ehtimalla Fransız XII Lüdovik və onun xanımı Bretanlı Anne üçün çəkilib və Milan və Cenova'nın 1500-cü illər ərəgəsində fəthedilməsindən qısa bir zaman sonra sifariş edildiyi düşünülür/marifia.com

Baxış sayı: 200