İdman
17.09.2018 / 14:56

Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib- FOTO

Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-
10-14 sentyabr 2018-ci il tarixlərdə Beynəlxalq Atletika Federasiyasının dəstəyi ilə, Bakıda Atletika üzrə birinci dərəcəli lektorlar üçün beynəxalq kurs keçirilib.

MOK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, 15 iştirakçının qatıldığı seminarın uğurla keçdiyini deyə bilərik. Belə ki, 15 iştirakçı arasından 6 nəfər seminarın sonunda keçirilmiş imtahanı və seminar dövründə tələb olunan nəzəri və praktiki çalışmaları uğurla keçmişdir. İmtahanı uğurla keçən iştirakçılar: Hakim İbrahimov, Vüqar Ələsgərov, Nemət Heydərov, Balaqardaş Məcidov, Qılınc Əhmədov və Cəfər Cəfərovdur.

Bu kursun nəticələri Beynəlxalq Atletika Federasiyasına göndərilir, və yuxarıda adı çəkilmiş iştirakçılar yığdıqları ballara uyğun olaraq Lektor və ya Assistant Lektor sertifikatını alacaqlar. Bu kursç BAF-ın qeydiyyat bazasında rəsmi olaraq təsdiqlənmiş kursdur.

Bütün iştirakçılara Beynəlxalq Atletika Federasiyası tərəfindən göndərilmiş iştirak sertifikatları verildi.

Bu seminarın, iştirakçılara və Azərbaycanda atletikanın gələcək inkişafına çox yaxşı təsir göstərəcəyinə ümid edirik.

Sonda, Azərbaycan Atletika Federasiyasının Baş Katibi, cənab Məhərrəm Sultanzadə iştiraklarına görə iştirakçılara və lektorlara Azərbaycan Atletika Federasiyası adından öz dərin təşəkkürlərini çatdırdı.

Beynəlxalq Atletika Federasiyasına və xüsusən də BAF-ın inkişaf departamentinin baş meneceri Günter Langeyə göstərdiyi köməyə dərin təşəkkürümüzü bildiririk. Həmçinin kursun Lektoru Qridasova Yelena və Asistent Lektor Xasan Xasanova seminarı yüksək səviyyədə keçirdiklərinə görə öz təşəkkürümüzü bildiririk.

Kurs üçün yaradılmış şəraitə görə, Azərbaycan Milli Olimpiya Komitəsinə öz dərin minnətdarlığımızı bildiririk.

Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-


Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-


Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-


Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-


Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-


Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-


Beynəlxalq Atletika Federasiyasında 1-ci dərəcəli lektorlar üçün seminar keçirilib-



İnform.az

Baxış sayı: 188