Elm-təhsil
15.09.2018 / 14:30

Aİİ-də instititun cari tədris ilinə hazırlığı ilə bağlı iclas keçirilib

 Aİİ-də instititun cari tədris ilinə hazırlığı ilə bağlı iclas keçirilib
Bu gün Azərbaycan İlahiyyat İnstitutunda(Aİİ) institutun fəaliyyəti, tədris hazırlığı ilə bağlı iclas keçirilib.

Bu barədə İnform.az-a Aİİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumat görə, Aİİ rektorunun, müəllim vəişçi heyətinin iştirak etdiyi tədbirdə yeni fəaliyyətə başlayan institutun quruculuğu ilə bağlı yekun nəticə, ilk tədris ilinə hazırlıq məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub.

Əvvəlcə Aİİ rektoru Ceyhun Məmmədovmüəllim və işçi heyətini yeni yaradılan institutun əməkdaşları seçilmələri, ilk tədris ilinə başlamaları münasibəti ilə təbrik edib, onlarabu şərəfli və məsuliyyətli yolda uğurlar arzulayıb.

Sonra C.Məmmədov Aİİ-nin ümumi fəaliyyətindən, bu günə qədər görülən işlərdən, cari tədris ilində təhsil müəssisənin qarşısında duran vəzifələrdən danışıb.

C.Məmmədov qeyd edib ki, bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır.

Aparılan dövlət-din siyasətinin uğurlarından danışan rektor Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu bildirib.

C.Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulandin siyasətinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb.

Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan C.Məmmədov Aİİ-nin bu istiqaməti doğrultması üçün müəyyənləşdirdiyi hədəfləri diqqətə çatdırıb.

Bu mərhələyə qədər intitutda tələb olunan - strukturun təşkili,müəllim heyətinin formalaşdırılması, tədris standartlarının hazırlanması, tələbə qəbulunun başa çatdırılması kimi bütün işlərin uğurla həyata keçirildiyini bildirən rektor cari il üçün institutun qarşısında duran vəzifələrdən danışıb.Rektor qeyd edib ki, institut heyəti olaraq var gücümüzü sərf edib Aİİ-nin nəinkiölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevirməyi bacarmalı, göstərilən yüksək inamı və etimadı doğrultmalıyıq. Bu işi ümummilli məsələ, ali-mənəvi missiya hesab edən institut rəhbəri bütün kollektivi yaradıcı və işgüzar fəaliyyətə səsləyib.

İclasda institutun daxili nizam-intizam qaydaları, sağlam-korporativ komanda fəaliyyətinin təşkili, müəllim-tələbə münasibətlərinin yüksək meyarlar üzərindən tənzimlənməsi, tədris proqramının və vəsaitlərin təmin edilməsi, texniki təhcizat kimi vacib məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb.

İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.

İlk tədris ilinə başlayan institutun açılış mərasimi 17 sentyabr 2018-ci il tarixində, saat 09.00- da keçiriləcək.

İnform.az






Baxış sayı: 22