Elm-təhsil
14.09.2018 / 15:50

ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edib

ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edib
Azərbaycan Dövlət Aqrar Uniiversitetinin elmi şurasında 2018/2019-cü tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

ADAU-nun mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərs ilinə hazırlığa yayın ən qızmar günlərində başlanıb və çəkilən gərgin zəhmət bahasına nəzərdə tutulan işlər vaxtından əvvəl başa çatıb. Sözügedən məsələ ilə bağlı Universitetin raktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov geniş məlumat verib. Rektor deyib ki, Azərbaycan Dövlət Aqrar Uniiversitetinin bütün tədris korpuslarında quruculuq və abadlıq işləri həyata keçirilib.

Tədris binalarında cari təmir işləri aparılıb, çatışmazlıqlar aradan qaldırılıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində 1, 2, və 3-cü mərtəblər əsaslı şəkildə yenidən qurulub, auditoriyalar təmir edilib, stol və stullar yeniləri ilə əvəzlənib.

Aqrotexnologiya fakültəsinin həyətində tələbələr üçün yeni park salınıb, fakültənin döşəmələri yenilənib, divarlar rənglənib, elektrik naqilləri yeniləri ilə əvəz edilib. Mühəndislik tədris korpusunda, laboratoriyalarda, əsaslı kitabxanada cari ehtiyaclar müəyyən edilib və ödənilib, maşın-tarktor parkında əlavə yeni talvarın quraşdırılması işi uğurla başa çatıb.

Rektor qarşıda duran məsələlərdən də danışıb və xüsusi vurğulayıb ki, əsas vəzifəmiz ararılan tədrisi zamanın tələbinə uyğunlaşdırmaq, dərs ilinə yeni ideyalarla başlamaq, mühazirə mətnlərinə yeniliklər etməklə daha mükəmməl kadr hazırlamaqdır. Keçilən dərs təlabata tam cavab verməlidir.

Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekan əvəzi, dosent Qalib Dünyamalıyev və digər çıxış edənlər görülən işlərdən danışıb, təkliflər səsləndirib.

Elmi şurada həmçinin Universitetin əsaslı kitabxanasının müasir tələblərə uyğun təşkil, mövcud vəziyyətin araşdırılması, təhlil edilməsi, kitabxana işinin qüvvədə olan qanunvericiliyə, normativ-hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması və təkliflərin hazırlanması barədə komissiya sədri, professor Siyasət Məmmədovun arayışı dinlənilib. Kitabxananın daha səmərli fəaliyyəti üçün təkliflər bildirilib.

Sonda rektor İbrahim Cəfərov Texniki mexanika və qrafika kafedrasının müdiri Şahlar Babayevi texnika elmlər doktoru alimlik dərəcəci almağı münasibətilə təbrik edib.


İnform.az


Baxış sayı: 24