Baş xəbər, Hərbi
14.09.2018 / 17:10

İTV-dən yeni hərbi layihə- “RADİUS”

İTV-dən yeni hərbi layihə-
İTRYŞ-nin İctimaiyyətlə Əlaqələr Departamenti məlumat verirki, aidiyyatı qurumların rəsmi dəstəyi ilə ölkə teleməkanında ilk dəfə olaraq tam fərqli formatda hərbi – analitik proqram yayımlanacaq.

“RADİUS” adlanan veriliş həftədə bir dəfə otuz dəqiqə ərzində hərb və hərbi siyasət sahələrini əhatə edən ən aktual mövzularla, yerli və xarici ekspertlərlə və unikal reportajlarla tamaşaçıların görüşünə gələcək.

Hərbə yeni baxış bucağı “RADİUS”ilə auditoriya geosiyasi hadisələr, hərb tarixi, ən müasir silahlar, terrorla mübarizə, yeni hərb sənayesi, müasir hərb i strategiyalar barədə məlumatlanaraq, hərbi qərargahlardan - səngər və topxanalardan hazırlanmış süjetlərlə hərb həyatına yaxından bələd olacaqlar.

Veriliş qısaldılmış şəkildə sosial şəbəkə vasitəsilə də tamaşaçıların ixtiyarına veriləcək.

Müəllif və aparıcısı məşhur hərbi bloggerHeydər Mirzəo lan “RADİUS”sentyabrın 19-dan etibarən həftənin çərşənbə günü saat 18:25-də İctimai Televiziyanın efirində yayımlanacaq.


İnform.az

Baxış sayı: 27