Din
13.09.2018 / 19:00

“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb- Oğuzda(Foto)

 “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb-
Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Tədbirdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Oğuz RİH başçısının müavini Yusif Naxçıvanski rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir.

Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edib.

S.Salahlı vurğulayıb ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai sabitlik pozulur,
vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır.

Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan S. Salahlı, milli-mənəvi dəyərlərin vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rolu olduğunu, müstəqilliyimizin bərpasından sonra həyata keçirilən uzaqgörən siyasətin dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına böyük zəmin yaratdığını qeyd edib. Gənclərə öz tövsiyələrini verən Səyyad Salahlı dini radikal qrupların zərərli təsirindən qorunmaq üçün onlara elm və təhsilə maraq göstərmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini məsləhət görüb.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu bildirib. Dini radikal qrupların
gəncləri özlərinə cəlb etdiklərini qeyd edən C. Əlifzadə, dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, bu qruplar İslamı, Quran ayələrini təhrif edərək insanlara çatdırır, cihad adı
altında terror hadisələri törədirlər. Natiq qeyd edib ki, gənclərin dini radikalizm və ekstremizmdən qorunması üçün təhsil və dinin əsl mahiyyətinin onlara düzgün çatdırılması vacibdir.

Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini ekstermizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri mövzusunda təqdimatla çıxış edərək radikalizmlə mübarizənin hüquqi tərəflərini dinləyicilərin diqqətinə çatdırıb.

Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.

Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb-


 “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb-


 “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb-


 “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb-


 “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb-


İnform.az


Baxış sayı: 20