Elm-təhsil
13.09.2018 / 17:25

Orfoqrafiya Komissiyası bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar qəbul edib

Orfoqrafiya Komissiyası bir sıra sözlərin yazılışının dəyişdirilməsi barədə qərar qəbul edib
Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.

"Report"-un xəbərinə görə, mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kilovat, rəsmxət və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

Roma rəqəmlərindən sonra şəkilçi yazılmaması məsələsi isə bundan sonra həm də qanunvericiliklə tənzimlənəcək: beşinci – V, onuncu – X və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.


İnform.az

Baxış sayı: 94