İdman
13.09.2018 / 18:28

Sərbəst və qadın güləşçilərimiz "Qran-pri"də yarışacaqlar

Sərbəst və qadın güləşçilərimiz "Qran-pri"də yarışacaqlar
Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə “Qran-pri” turniri keçiriləcək.

Ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvəsini sınayacaqlar.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Minskdə 11 sərbəst güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin 8 üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.

İnform.az

Baxış sayı: 22