Dünya
13.09.2018 / 17:21

Böhran İranı vurur: Hamı Türkiyəyə qaçır

Böhran İranı vurur:
Son illər ərzində İrandan Türkiyəyə axın edənlərin sayı artıb.

İnform.az-ın axar.az-a istinadən verdiyi xəbərə görə, son illər xüsusilə gənc iranlılar, ailələrinin bütün səylərinə rəğmən, Türkiyəyə ömürlük köçmək istəyirlər.

“Uzun illər ərzində çalışaraq pul toplayan iranlılar arasında da Türkiyəyə köçmək istəyənlərin sayı kifayət qədər çoxdur. İranda İslam İnqilabından (1979-cu il) bu yana təxminən 2 milyon insan Türkiyəyə qaçıb. Hazırkı iqtisadi, dini və sosial səbəblər isə köçün daha da artmasına şərait yaradır.

İranlılar Türkiyəyə daha çox oxumağa, yeni iş qurmağa və ya daşınmaz əmlaka yatırım etməyə gedirlər. Son iqtisadi böhran köç dalğasını daha da sürətləndirib. Türkiyə Statistika İnstitutunun məlumatına görə, iranlılar tərəfindən Türkiyədə satın alınan mülk sayı 2017-də 792 idisə, cari ilin ilk altı ayında 944-ə çatıb”, - məqalədə bildirilib.



İnform.az

Baxış sayı: 28