Hüquq
13.09.2018 / 16:42

Yabanı halda bitmən çətənə kolları məhv edilib- Qubada

Yabanı halda bitmən çətənə kolları məhv edilib-
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnform.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 90-150 smolan 22 ədəd çətənə kolu aşkar edilib.

Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.


İnform.az

Baxış sayı: 22