Baş xəbər, Mədəniyyət
13.09.2018 / 16:33

“Sabahın xeyir, Azərbaycan”- Beş gün sizinlə olacaq

“Sabahın xeyir, Azərbaycan”-
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeniliklərə start verir.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən İnform.az-a verilən məlumata görə telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqramla tamaşaçıların görüşündə olacaq.

Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.

Beləki,verilişdə ictimai əhəmiyyət daşıyan aktual mövzular, sağlamlıq, hüquq, idman, mədəniyyətlə bağlı maarifləndirici süjetlər üstünlük təşkil edəcək.

Bundan əlavə Azərbaycanın bölgələrinə səyahət ediləcək, onların mədəni-sosial həyatına qısa baxış keçiriləcək.

Səhər proqramında, İctimai Televiziyada başlayacaq yeni layihələrin təqdimatı, həmçinin gün ərzində yayımlanacaq proqramların anonsları da yer alacaq.

“Sabahın xeyir, Azərbaycan”-
ın daha bir özəlliyi isə balaca tamaşaçılarını unutmamasıdır, beləki,verilişdə həmdə uşaqlarla bağlı mövzulara yer veriləcək. Dünya ulduzlarının həyatı ilə maraqlananlara verilişin komandası məşhurlar haqqında ən son məlumatları və dünya şou-biznes yeniliklərini çatdıracaq.

Verilişdə həmçinin paytaxtdakı mədəniyyət yenilikləri konsert, kino və teatrlar haqqında süjetlər və afişalar barədə məlumat yayımlanacaq. Daha bi rözəllik isə verilişin yayımı ərzində tamaşaçı ilə interaktiv sual-cavab, viktorinaların keçirilməsi olacaq.

Aparıcılar Könül Arifqızı, Azər Süleymanlı, Aynur Fətullayeva, həmçinin sevilən DJ-lər İlahə Şıxlinskaya və Ağa Nadirovun təqdimatında yayımlanacaq “Sabahın xeyir, Azərbaycan”-nın son saatında günün mövzusu ilə bağlı ekspert qonaq iştirak edəcəkki, bu da proqrama canlılıq qatacaq.

“Sabahın xeyir, Azərbaycan” göz oxşayan dekor və tam fərqli formatla sentyabrın 17-i həftənin beş günü, saat 06:50-dən tamaşaçı görüşünə gələcək.


İnform.az


Baxış sayı: 28