Baş xəbər, İdman
13.09.2018 / 16:18

Azad Rəhimov vətəndaşları qəbul edəcək- Şirvanda

 Azad Rəhimov vətəndaşları qəbul edəcək-
Gənclər və idman naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 14-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan “Gənclər evi”ndə (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:

Hacıqabul- 055-2574790

Neftçala- 050-3204242

Saatlı - 055-2115650

Sabirabad- 050-2068677

Salyan- 055-2006665



İnform.az



Baxış sayı: 17