Baş xəbər, Mədəniyyət
13.09.2018 / 15:56

Qarşılayın, Orxan Fikrətoğlu gəlir- "Halbuki"-lə

Qarşılayın, Orxan Fikrətoğlu gəlir-
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən İnform.az-a verilən məlumata görə, məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu“Halbuki” adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək.

Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər.

Xüsusilə dövlətçiliyin təməl prinsiplərininqorunmasına xidmə tedəcək “Halbuki” prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq.

Televiziyanın İnformasiya Departameninin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər güns aat 20:50-də efirə çıxacaq.

Baxış sayı: 459