Baş xəbər, Hüquq
13.09.2018 / 15:37

Ramil Usubovun vətəndaşlarla növbəti qəbulu keçiriləcək- Lənkəranda

Ramil Usubovun vətəndaşlarla növbəti qəbulu keçiriləcək-
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il sentyabr ayının 29-da saat 10:00-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

İnform.az
DİN-nin Mətbuat xidmətindən daxil olan məlumata istinadən bildirir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


İnform.az

Baxış sayı: 24