Maqazin
13.09.2018 / 14:25

"Nə yapışmısınız reytinq sözündən?"- Nura Suri teleaparıcılara səsləndi

"Nə yapışmısınız reytinq sözündən?"-
“Azərbaycanda aparıcı qıtlığıdır? Nolub, hər yerindən duran veriliş aparır. Ayıbdır! Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar?”

İnform.az
publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, azərbaycanlı aparıcıların ünvanına tənqidi fikirlər səsləndirib:

“İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar. Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Hələ peşəkar aparıcıları demirəm...

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu nə bəhanədi? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!”


İnform.az

Baxış sayı: 534