Elm-təhsil
13.09.2018 / 14:31

ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb- FOTO

ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb-
Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ABŞ-ın “MMS Holdings Group” şirkətinin texniki direktoru, professor Oktay Məmmədbəyovla görüş keçirib.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamentindən İnform.az-a verilən məlumata görə, ADNSU-da görülən işlərdən, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin startap layihələrindən və qarşıda duran məsələlərdən danışan rektor, professor M.Babanlı birgə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə ADNSU-da neft-mədən, eləcə də geologiya və qazma sahəsində mütəxəssis hazırlanamsının, həmçinin bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaradılmasının vacibliyi müzakirə olunub.

ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb-


ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb-


ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb-


ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb-


İnform.az

Baxış sayı: 26