Sosial
13.09.2018 / 10:10

BNA-nın yeni layihəsi- Sürücülər üçün fleşmob(Video)

BNA-nın yeni layihəsi-
Nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirilir. Bu çərçivədə fleşmob hazırlanıb.

Bu barədə İnform.az-a BNA-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fleşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib.

Fleşmob iştirakçıları nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə eləcə də qadağan edilən digər yerlərdə park etməyərək, bununla da digərlərinə nümunə olduqlarını bildiriblər.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücülərə dayanma-durma qaydalarına əməl etməyi tövsiyə edir: "Məhz hərəkət iştirakçısı olaraq bir-birimizə qarşı anlayışlı olmaqla, şəhərimizin nəqliyyat problemini birlikdə həll edə bilərik!"




İnform.az

Baxış sayı: 36