Baş xəbər, Dünya, Mədəniyyət
13.09.2018 / 10:17

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti ilə görüşüblər- FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti ilə görüşüblər-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliilə görüşüblər.

Mərkəzin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Latviyanın keçmiş Prezidenti, mərkəzin üzvü Valdis Zatlersin rəhbərlik etdiyi nümayəndə heyəti Giorgi Marqvelaşviliyə ötən müddət ərzindəki fəaliyyət və gələcək planlar barədə geniş məlumat verib.

Prezident Marqelaşvili mərkəzin ABŞ-ın Nyu-York şəhərində keçirilməsi plnlaşdırılan növbəti ali səviyyəli toplantısında iştirak edəcəyini bildirib. O, toplantıda məruzə ilə çıxış edəcək.

Görüşdə həmçinin mərkəzin həyata keçirdiyi layihələr, təşkil edilmiş forumlarda Cənubi Qafqaz regionunda, eləcə də dünyada sülhün və təhlükəsizliyin qorunmasına xidmət edən ideya və təşəbbüslərin əhəmiyyəti yüksək qiymətləndirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti ilə görüşüblər-



İnform.az


Baxış sayı: 24