Hərbi
13.09.2018 / 09:00

Hərbi vəziyyətdə təhlükəsizlik qaydalarına dəyişiklik edilib- Azərbaycanda

Hərbi vəziyyətdə təhlükəsizlik qaydalarına dəyişiklik edilib-
Nazirlər Kabineti “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib.

İnform.az
-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır.

Həmçinin rabitədən istifadə üçün qoyulan xüsusi qaydalara, hərbi vəziyyətlərdə də riayət olunacaq.

İnform.az

Baxış sayı: 30