Elm-təhsil
12.09.2018 / 18:00

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab nəşr olunub- Rusiyada

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab  nəşr olunub-
“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiya Federasiyasının Orexova-Zuevo vilayətində Dövlət Humanitar Texnologiya Universitetinin nəşriyyatında rus dilində çap olunub.

Bu barədə İnform.az-a AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları-professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Ramiz Ələkbərov, Azərbaycan Dövlət Aqrar UniversitetininElm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru,dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanovdur.

Yeni nəşrdə Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusi ilə müalicəvi təsiri olan dərman bitkilərininyayılma zonalarını müəyyən edilib,onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırılıb. Kitabda, həmçininNaxçıvan florasında yayılmış dərman bitkilərinin təbiətdəki müasir vəziyyəti və təbii ehtiyatı bol olan bu növlərin mövcud yayılma zonaları müvafiq xəritələrdə verilib.

Dərman bitkilərinin rəngli fotoşəkilləri, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, eyni zamanda bu bitkilərinin toplanması, qurudulması və saxlanması qaydaları göstərilib.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ərəfəsində hazırlanan kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə Əməkdar elm xadimi Saleh Məhərrəmov və AMEA-nın müxbir üzvü Tofiq Məmmədovdur.

Nəşr Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.


İnform.az

Baxış sayı: 55